“OpenAI” gizli şəkildə birjaya çıxmaq üçün müraciət etdi

“OpenAI” gizli şəkildə birjaya çıxmaq üçün müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin süni intellekt nəhəngi “OpenAI” mümkün aksiyaların kütləvi satışı (halka arz) prosesi üçün ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) gizli şəkildə qeydiyyat bəyannaməsi təqdim etdiyini açıqlayıb.

Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin yaydığı rəsmi bəyanatda “Form S-1” kimi tanınan qaralama qeydiyyat sənədinin SEC-ə gizli şəkildə göndərildiyi bildirilib.

Şirkət bu addımı öncədən ictimaiyyətə elan etməsinin səbəbini maraqlı bir nüansla izah edib:

“Bu məlumatın mediaya sızacağını gözlədiyimiz üçün indidən özümüz bəyan edirik”.

Açıqlamada aksiyaların kütləvi satışının vaxtı ilə bağlı hələlik yekun qərar qəbul edilmədiyi vurğulanıb. Bildirilib ki, bəzi planların konfidensial statusda icra edilməsi daha asandır və bu səbəbdən proses müəyyən qədər zaman ala bilər.

Bunun mürəkkəb bir balans və kompromis prosesi olduğunu qeyd edən şirkət rəsmiləri sözügedən müraciətin “OpenAI”nin ən doğru variant hesab edəcəyi təqdirdə daha tez birjaya çıxmasına imkan yaradacağını ifadə ediblər.

Qeyd edək ki, “Anthropic” də ötən həftə oxşar addım ataraq mümkün kütləvi satış üçün SEC-ə gizli müraciət etdiyini açıqlamışdı.