Oktay Gülaləyev ikinci dəfə əməliyyat olunur

Oktay Gülaləyev ikinci dəfə əməliyyat olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq müdafiəçisi Oktay Gülalıyev bu saatlarda əməliyyata qaldırılıb.

TİA.AZ xəbər verir ki, bu barədə Zümrüd Yağmur sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd edək ki, bu, qəzadan sonra O.Gülalıyevin keçirdiyi ikinci əməliyyatdır.

Xatırldaq ki, dünən hüquq müdafiəçisi Türkiyənin İstanbul şəhərində yerləşən “Amerikan” xəstəxanasına köçürülüb.

Qeyd edək ki, 29 oktyabr tarixində axşam saatlarında hüquq müdafiəçisi Oktay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb. Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hunday” markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb və o, müalicə üçün Türkiyəyə aparılıb.