Ofisiantların öldüyü yerdən görüntülər – Video – Yenilənib

Ofisiantların öldüyü yerdən görüntülər – Video – Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakının Binəqədi rayonunda 4 nəfərin həlak olduğu hadisə yerindən görüntülər yayılıb.

Tribuna.az xəbər verir ki, şahidlərin APA-ya verdikləri açıqlamaya görə, faciə dəmir konstruksiyanın yerini dəyişərkən baş verib.

Əməkdaşlar şüşələri yumaq üçün dəmir nərdivanı aparan zaman konstruksiya yüksəkgərginlikli naqillərə toxunub. Bu zaman cərəyan 4 nəfəri vuraraq öldürüb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

***

Hadisə şahidi “Report”a açıqlamasında bildirib:

“Ehtiyatsızlığın ucbatından cərəyana toxunulub. Görən kimi, içəriyə məlumat vermişəm. Fövqalədə Hallar Nazirliyinə və Təcili yardıma zəng vurulub. Aidiyyəti qurumların hamısı gəlib. Allah rəhmət eləsin, valideynlərinə və yaxınlarına səbr diləyirəm”.