Neft Fondu 300 kq çay, 325 kq qənd alır

Neft Fondu 300 kq çay, 325 kq qənd alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) maraqlı bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, həmin müsabiqə Fonddaxili tədbirlərin təşkili üçün zəruri olan qida məhsulları və içməli suyun satın alınması ilə bağlıdır.

Rəsmi mənbələrdə tenderin qalibinin “UNİ SUPPLY AND SERVİCES” MMC-nin olduğu qeyd edilir. Tərəflər arasında isə 135 min 555 manatlıq müqavilə bağlanıb.

Məsələnin maraqlı tərəfi odur ki, Fond həmin vəsaitə 600 qutu 500 qr-lıq qara çay (300 kq), 30 qutu 500 qr-lıq yaşıl çay (15 kq), 5000 ədəd salma çay (qara), 3000 ədəd yaşıl salma çay və 325.5 kq qənd alacağını bəyan edib.

Fərda Uğur