Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı yeni əmr verib.

Nazirin əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Faiq İlyasov vəzifəsindən azad edilərək Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini təyin edilib.

Məlumatı DİN Mətbuat xidməti təsdiqləyib. Bildirilib ki, F. İlyasov Xaçmaz RPŞ-də də eyni vəzifəni daşıyaraq əməliyyat işlərinə nəzarət edəcək.