2026-cı il Dünya çempionatı həm yaşlı, həm də gənc futbolçuların say çoxluğu ilə yadda qalacaq.
Tribuna.az xəbər verir ki, turnirin ən yaşlı və ən gənc oyunçularının adları da artıq dəqiqləşib.
Mundialın ən yaşlı futbolçusu Şotlandiya millisinin qapıçısı Kreyq Qordondur. Hazırda 43 yaşı olan təcrübəli qolkiper meydana çıxacağı təqdirdə dünya çempionatları tarixinə düşəcək.
Siyahıda digər diqqətçəkici məqam isə meydan oyunçuları arasındadır. Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu 41 yaşla turnirin ən yaşlı meydan oyunçusu statusunu daşıyır və karyerasında 6-cı dünya çempionatında iştirak etməklə mütləq rekorda imza atmağa hazırlaşır.
Ən gənc oyunçuisə turnirin ev sahiblərindən olan Meksika millisinin üzvüdür. “Tixuana” klubunun 17 yaşlı hücumameyilli yarımmüdafiəçisi Xilberto Mora mundialın ən gənc futbolçusu kimi qeydiyyata alınıb. Maraqlıdır ki, Mora anadan olmamışdan önqabaq Meksika yığmasının 40 yaşlı qapıçısı Gilyermo Oçoa artıq dünya çempionatlarında iştirak edirdi.
Ümumilikdə builki dünya çempionatında 40 və daha yuxarı yaşda olan rekord sayda – 8 futbolçu sifariş edilib. 20 yaşa qədər olan gənc oyunçuların sayı isə 22-dir./yenisabah/









