“Muğanbank” bu ilin doqquz ayını zərərlə başa vurdu

“Muğanbank” bu ilin doqquz ayını zərərlə başa vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Muğanbank” ASC bu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını açıqlayıb.
TİA.AZ-ın sözügedən hesabata istinadən verdiyi məlumata görə, 2018-ci ili  1,036 mln. manat xalis mənfəətlə başa vuran “Muğanbank” cari ilin yanvar-sentyabr aylarını kəskin zərərlə tamamlayıb – 8,254 mln. manat.
Hesabat dövründə “Muğanbank”ın cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 0,4% azalaraq 558,549 mln. manat təşkil edib.
Cari ilin doqquz ayında bankın cəmi öhdəlikləri əvvəlki ilin eyni dövrünə nisbətən 0,8% artaraq 473,375 mln. manata çatıb.
Əlavə olaraq, bankın kredit portfeli 4% azalaraq 346,330 mln. manata enib.