MSK bu həftə bələdiyyə seçkilərinin yekunlarını təsdiqləyəcək

MSK bu həftə bələdiyyə seçkilərinin yekunlarını təsdiqləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 12-dək bələdiyyə seçkilərinin yekunlarını təsdiqləyəcək.

TİA.AZ  xəbər verir ki, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən, səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni, yanvarın 12-dək MSK tərəfindən seçkilərin yekunları yoxlanılmalı və təsdiq edilməlidir.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də keçirilib.