Millimiz San Marino ilə üzləşəcək

Millimiz San Marino ilə üzləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq.

 Tribuna.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə qarşılaşacaq.

Görüş Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq.

Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla uduzub.