Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub

Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub.

Tribuna.az FIFA-ya istinadən xəbər verir ki, təcrübəli hücumçu Misir millisinin tarixində qol vuran ən yaşlı futbolçu adına sahib çıxıb.

O, DÇ-2026-nın qrup mərhələsinin II turunda, Yeni Zelandiya ilə matçda 34 yaş 6 günlüyündə qapıya yol tapmaqla Maqdi Abdelqaninin rekordunu geridə qoyub.

Qeyd edək ki, M.Abdelqani 1990-cı ildə keçirilən Niderland ilə matçda qol vurarkən 30 yaş 320 günlük idi.