Medvedev Putinə istirahət etməyi məsləhət gördü, çaya dəvət etdi (VİDEO)

Medvedev Putinə istirahət etməyi məsləhət gördü, çaya dəvət etdi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Baş naziri Dmitri Medvedev Vladimir Putinə yaxşı Yeni il və imkan daxilində “bir az istirahət” arzulayıb.
TİA.AZ xəbər verir ki, baş nazir bunu Rusiya liderinin Nazirlər Kabineti ilə görüşü zamanı deyib.
Medvedev Putinə Nazirlər Kabinetinin fəaliyyətinə göstərdiyi diqqətə, xüsusi məqamlarda qəbul etdiyi operativ qərarlara görə hökumət adından təşəkkür edib. “İndi isə hökumət adından sizi çay içməyə dəvət etmək istərdim”, – baş nazir deyib.
Qeyd edək ki, çərşənbə günü Putin ilin yekunlarına görə hökumətlə görüşündə Rusiyada inkişaf üçün unikal makroiqtisadi əsas olduğunu bildirib. Rusiya lideri son bir ildə etdikləri işlərə görə nazirlərə təşəkkür edərək, onların “hər zaman vəzifə başında” olduqlarını qeyd edib.