Keçmiş deputat Gülər əhmədova əvvəllər deputatı olduğu 16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.
“AzPolitika.info” xəbər verir ki, onun adı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında namizədliyini irəli sürmüş şəxslər haqqında məlumat bazasına yerləşdirilib. G.Əhmədova imza vərəqlərini DSK-ya təqdim etsə də, namizədliyi hələlik qeydə alınmayıb.
Xatırladaq ki, G.Əhmədova üç çağırış parlamentin deputatı olub. 2013-cü il fevralın 13-də Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin barəsində səsləndirdiyi rüşvət iddialarından sonra deputat mandatından imtina edib və həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Təxminən 1 ildən sonra Apellyasiya Məhkəməsi onun cəzasını şərti cəza ilə əvəz edib.









