Ləğv olunan 17 bankın 17,3 milyon manat vergi borcu var (SİYAHI)

Ləğv olunan 17 bankın 17,3 milyon manat vergi borcu var (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2010–2023-cü illərdə Azərbaycanda lisenziyası ləğv olunan 22 bankdan 17-nin dövlət büdcəsinə vaxtında ödənilməyən ümumilikdə 17 milyon 261 min 507 manat 61 qəpik vergi borcu var.
Tribuna.az Yeniavaz.com-a istinadən xəbər verir ki, ləğvetmə prosesində olan bu banklara Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.
Qeyd edək ki, ən çox vergi borcu olan bank 2016-cı ildə fəaliyyətinə xitam verilən “TexnikaBank” ASC-dir. 18 iyun 2026-cı il tarixinə olan məlumata görə, bankın dövlət büdcəsinə 4 milyon 796 min 367 manat 3 qəpik vergi borcu qalır.
Ən az vergi borcu olan bank isə 2015-ci ildə ləğv olunan “Evrobank” ASC-dir. Bu bankın dövlət büdcəsinə vaxtında ödənilməyən vergi borcu 5 min 328 manat 14 qəpik təşkil edir.
Ləğv olunan 5 bankın isə dövlət büdcəsinə vergi borcu yoxdur.
Ləğvetmə prosesində olan bankların vergi borcları belədir: