Aktyor Müşviq Şahverdiyev kinoteatrların yerli filmlərə dəstək olmamasından şikayətlənib.
Tribuna.az xəbər verir ki, bu haqda aktyor “Efirdən kənar” proqramında deyib. O bildirib ki, xarici filmdən az, yerli filmlərdən isə çox faiz tələb edirlər:
“Azərbaycan filmləri ilə kinoteatrlar fərqli davranır. Filmi ayağa qaldırmaq üçün dəstək lazımdır. Xarici filmlərlə kinoteatrlar 50-nin 50-yə işləyirlər. Bizim filmlərlə isə 47-nin 53-ə işləyir. Şərtləri də ağır olur”









