İran xəbərdarlıq edir, İsrail inanmır, ABŞ gözləyir: Atəşkəsi kim pozacaq?

İran xəbərdarlıq edir, İsrail inanmır, ABŞ gözləyir: Atəşkəsi kim pozacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün İsveçrədə ABŞ və İran arasında gözlənilən görüşün baş tutmamasından sonra tərəflərin ritorikasında dəyişiklik baş verib.

Tribuna.az xəbər verir ki, görüşün baş tutmamasında İsrailin Livana hücumu əsas tutulur.

Belə ki, İran anlaşmanın bir bəndi olan Livana hücumun dayandırılması tələbinin icrasını tələb edir. Çünki dünən İsrail səhər saatlarında Beyruta hücum təşkil etmişdi. Hərçənd günün sonunda İsraillə Hizbullah arasında atəşkəsin elan edildiyi xəbəri yayılıb.

SEPAH ötən gün açıqlama verərək, ABŞ-ı təhdid edib. Bildirib ki, əgər Amerika hücum edərəsə, bütün iqtisamətlərdə cavab veriləcək. “ABŞ-ın yenidən təcavüzü halında hərbi əməliyyatlara hazırıq”.

Bunun fonunda, ABŞ-İran razılaşmasının pozulacağına inananlar da az deyil. Məsələn, İsrailin mədəniyyət və idman naziri Miki Zohar bildirib ki, Tehran vədlərinə sadiq qalmayacaq. “Tehranın Vaşinqtona qarşı təhdidləri İranla davamlı razılaşmanın əldə edilməsinin mümkün olmadığını göstərir. İran imzaladığı müqavilələrə əməl etməyəcək”.

Hərçənd İran parlamentində təmsil olunan deputatlar da əks fikirdədirlər. Onlar hesab edirlər ki, ABŞ öhdəlikləri yerinə yetirməyəcəklər.

Bəzi analitiklər isə o fikirdədirlər ki, müharibənin dayanması müvəqqəti xarakter daşıyır. Onların rəyinə görə, ən başda İsrail və İran tələbləri pozmağa başlayacaqlar. Onların sakit oturacağı istisna edilir. Eyni zamanda, Pentaqonun federal büdcədən 80 milyard dollar pul istəməsi və onun İranla müharibəyə sərf olunacağı xəbəri də atəşkəsin müvəqqəti olmasını demək üçün əsas yaradıb.

Fərda Uğur