31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov xəstə və əlil olan bir qrup müharibə veteranı, Qarabağ əlili və əmək veteranları ilə onların mənzillərinə gedərək görüşüb, onlara yeni il hədiyyələri verib.
TİA.AZ-ın xəbərinə görə, təbrik olunanlar Böyük Vətən müharibəsi veteranı Baba Həsən oğlu Əliyev, birinci qrup Qarabağ əlili İlham Oqtay oğlu Həmidov, Əmək veteranları Fikrət Hüseynov, Səkinə Davudova, Məleykə Həsənova olub.
İcra başçısının bu addımı sosial şəbəkədə müzakirə edilib, onun sakinlərlə görüşü təqdir edilsə də, mənzilə ayaqqabı ilə girməsi sərt tənqid edilib. Şəbəkə istifadəçiləri qeyd ediblər ki, icra başçısının mənzilə ayaqqabı ilə girməsi vətəndaşı aşağılamaq, qeyri-səmimilik deməkdir.












