Ermənistanla Rusiya arasında münasibətlərin gərgin olması çoxdan hiss olunur.
Tribuna.az xəbər verir ki, son parlament seçkiləri isə həmin münasibətləri daha da gəginləşdirib.
Artıq Ermənistan mediası bu prosesin ciddi nəticələrə gətirib çıxaracağından yazır. Xüsusən də İrəvanın Moskvadan aldığı qaz məsələsi daha aktualdır.
“Hraparak” qəzerti bununla bağlı yazıb ki, belə davam edərsə, Rusiya ya Ermənistana təbii qaz nəqlini dayandıracaq, ya da qiymətləri qaldıracaq. Nəşr iddia edib ki, Paşinyan hökumətinin bundan narahat olmamasının başlıca səbəbi Azərbaycandır. “Bizdə olan məlumata görə, Azərbaycan Ermənistana alternativ qaz tədarük edəcəyinə dair söz verib. Mənbəmizin sözlərinə görə, sxem belə olacaq: Azərbaycan Rusiyadan qaz alıb Ermənistana nisbətən ucuz qiymətə tədarük edəcək. Onlar yalnız ehtimal edirlər ki, Bakı qaz qiymətlərinin endirilməsini subsidiyalaşdıracaq”.
“Hraparak” sonda yazıb ki, Paşinyan və komandası bu məsələyə razıdır.
Fərda Uğur









