Havanın temperaturu 39 dərəcəyə çatacaq – Proqnoz

Havanın temperaturu 39 dərəcəyə çatacaq – Proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 20-də ölkə ərazisində isti hava şəraiti müşahidə olunacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyinin əsəcəyi bildirilir.

Gecə saatlarında temperatur 21-25° isti, gündüz isə 33-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 65-75%, gündüz 45-55% aralığında dəyişəcək.

Rayonlarda da əsasən yağmursuz hava gözlənilir. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış, şimşək və dolu ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq bölgələrdə duman müşahidə ediləcək.

Rayonlarda havanın temperaturu gecə 19-24°, gündüz 35-39°, dağlıq ərazilərdə isə gecə 11-16°, gündüz 20-25°, bəzi yerlərdə isə 28-32° isti olacaq.