Tarixən həmişə Azərbaycandan Gürcüstana köçürmələr daha çox olub, Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı, Bakıdakı qohumları onların ayaqda qalmasına yardım edirdi – indi isə tərsinə olub.
Tribuna.az xəbər verir ki, bu barədə Real Partiyasının sədri, İqtisadçı Natiq Cəfərli bildirib. O əlavə edib ki, qonşu ölkələrə Azərbaycandan işləməyə gedənlər artın:
“Rəsmi məlumata əsasən, 2026-cı ilin birinci rübündə Azərbaycan ilə Gürcüstan arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 15.94 mln. dollar təşkil edib. Bu dövrdə Gürcüstandan Azərbaycana köçürülən pul baratlarının həcmi illik müqayisədə 53.2% artaraq 10.32 mln. dollara çatıb.
Tarixən həmişə Azərbaycandan Gürcüstana köçürmələr daha çox olub, Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı, Bakıdakı qohumları onların ayaqda qalmasına yardım edirdi – indi tərsinə olub.
Gürcüstandan bura, ölkəmizə fiziki şəxslərin pul köçürməsi artıb, çox güman, bu artımın səbəblərdən biri də, Azərbaycandan qonşu-dost ölkəyə işləməyə gedən, orada pul qazanıb ailələrinə göndərinlərin əməyidir”.
Nigar İxtiyarqızı










