Gəncə Texnologiya Universitetinin tələbəsi prezidentə müraciət etdi…- VİDEO

Gəncə Texnologiya Universitetinin tələbəsi prezidentə müraciət etdi…- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Texnologiya Universitetinin tələbəsi Bağırov Rizvan Cavad oğlu Prezident İlham Əliyevə video-müraciət ünvanlayıb.

Müraciətinin surətini Hurriyyet.org-a göndərən tələbə bildirir ki, Texnologiya Universitetində korrupsiya faktları mövcuddur. O, buna misal olaraq dərsə gəlmiyən tələbələrin imtahana buraxılmasını göstərir:

“Qiyabi şöbənin dekanı Babək Həsənovun akademik məzuniyyət yazdırdığı tələbələr hal-hazırda dərsə gəlmirlər, bir çox tələbələr dərsə gəlmədikləri halda kursdan-kursa keçir”.

Tələbə Rizvan Bağırov dekan Babək Həsənova öz etirazını bildirdikdə ki, “niyə davamiyyəti olmayan tələbələrə akademik məzuniyyət yazıdırırsınız”, bundan sonra dekanla aralarında ziddiyyət düşüb:

“ATU-nun dekanı Babək Həsənov “get, hara şikayət edirsən, et”, – dedi.

Şikayətçi tələbə bununla bağlı Təhsil Nazirliyinin heç bir mövqe ortaya qoymadığını bildirir.

Prezidentə müraciətində Rizvan Bağırov qeyd edir ki, dekan ATU-nun rektoru Akif Süleymanova arxalanır. Bu baxımdan, o, Prezident İlham Əliyevə müraciət edir ki, “Texnologiya Universitetinin rektoru Akif Süleymanovun və dekan Babək Həsənovun özbaşınalıqların qarşısı alınsın”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

TİA.AZ