Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ət məhsullarının üzərinə vurduğu möhür, həmin ətin təhlükəsizliyini, sağlamlığa yararlılığını və rəsmi qaydada yoxlanıldığını təsdiq edir. Amma bu möhür zamanı kimyəvi maddədən istifadə edilir
Tribuna.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. O qeyd edib ki, bu möhür ətə zərərdir:
“Mənə bir neçə rayonda deyiblər (hətta göstəriblər) ki, bu möhür üçün kimyəvi məhluldan (çerneldən) istifadə olunur. Belə möhür ətin üzərində xeyli sayda vurulur və onu yuyub təmizləmək olmur və ya çox çətin olur.
Nəticədə hətta sağlam ət də orqanizm üçün təhlükə yaradır.
Qaynadanda hətta ətin suyu göy rəngə çevrilir. Halbuki möhür üçün təhlükəsiz olan orqanik tərkibli xüsusi maye olmalıdır.
Bu barədə AQTA ictimaiyyətə məlumat versəydi yaxşı olardı”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









