Ermənistanın tanınmış jurnalistlərindən biri olan Voskan Sarkisyan Qarabağ məsələsi ilə bağlı maraqlı paylaşım edib.
Tribuna.az xəbər verir ki, o, Qarabağın “itirilməsi”ndə yerli ermənilərin də rolunun az olmadığını bildirib.
Bundan başqa, Sarkisyan “əslən” Qarabağdan olan ermənilərin öz “yurdd”larına laqeyd yanaşmaqla yanaşı, həm də perspektivsiz yer kimi də yanaşmalarını qeyd edib. “Qarabağda doğulan çox varlı adamlar, imkanlı şəxslər və tanınmışlar öz doğulduqları kənd və şəhərlərdə özlərinə ev tikməyiblər. Heç ata yurdlarını belə təmir edib, abadlaşdırmayıblar. Robert Koçaryan və Serj Sarkisyan belə öz ata yurdlarına etinasız yanaşıblar. İrəvan Universitetinin rektorunun Suqovuşandakı ata evi bərbad gündəydi. Bir dəfə də oldun, ora gəlmədi. Biz Qarabağı bu adamların etinasızlığı, Qarabağın perspektivinə inanmamaları ucbatından itirdik”.
Fərda Uğur









