Əli Cəfərovun imzatoplama kampaniyası uğurla yekunlaşdı

Əli Cəfərovun imzatoplama kampaniyası uğurla yekunlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahin Ağayev: “Hətta 1500-2000 imzanı bu sürətlə toplaya bilərdik”

Masallı şəhər 70 saylı şəhər seçki dairəsindən millət vəkilliyinə namizədliyini irəli sürmüş Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərovun imzatoplama kampaniyası gözlənildiyi kimi qısa zaman kəsiyində uğurla yekunlaşıb. Bunu bizimlə söhbəti zamanı namizədin seçki qərargahının rəhbəri Şahin Ağayev söylədi.

Qərargah rəhbəri onu da bildirdi ki, Əli Cəfərovun seçki qərargahının üzvləri cəmisi bir neçə gün ərzində nəzərdə tutulan 500 imzanı sürətlə toplayaraq prosesi sonuclandırıblar: “Bu isə qeyd etdiyimiz kimi gözlənilən idi. Qərargahımızın üzvləri seçicilərin namizədimizə xüsusi xoş münasibəti ilə qarşılaşıblar. Biz bu ərazidə nəinki 500, hətta 1500-2000 və daha çox imzanı da belə sürətlə ala bilərdik. Buna şansımız çox böyükdür. Çünki hələ əvvəldən də qeyd etdiyimiz proqnozlarımız özünü doğrultdu. Həqiqətən də müdafiə etdiyimiz namizəd Əli Cəfərov 70 saylı seçki dairəsinin əhatə etdiyi yaşayış məskənlərində kifayət qədər tanınmış namizəddir. Ona görə də qapısını döydüyümüz hər bir evdə, hər bir küçədə bizi çox mehribanlıqla qarşılayır və Əli Cəfərovun xeyrinə həvəslə imza verirdilər. Onlar bizimlə söhbətlərində Əli Cəfərovu bu ərazini təmsil edəcək millət vəkili kimi görməkdən məmnun qalacaqlarını açıqca söyləyirdilər”.

Ş.Ağayev onu da söylədi ki, hazırda onlar doldurulmuş imza vərəqlərini yoxlayırlar və yaxın günlərdə namizədin iştirakı ilə onları Masallı şəhər 70 saylı DSK-ya təqdim edəcəklər. Bundan sonra isə seçki yarışının digər komponentləri ilə məşğul olacaqlar.

Nəzirməmməd Zöhrablı

TİA.AZ