Uroloq-androloq, parlament seçkilərinə namizədliyini irəli sürən Araz Bayramov seçicilərlə görüşlərini davam edir.
TİA.AZ bildirir ki,bu barədə Araz Bayramov, sosial şəbəkədə məlumat verib:
“87 saylı Ağsu Ismayıllı Seçki Dairəsində deputatlığa namizəd kimi imza toplayıram,sakinlərin fikirlərini öyrənirəm,onlarla təmas qururam , artıq çətinliklərini qeyd edirəm . Hər bir kəndə özüm gedirəm ,bir-bir problemləri ilə tanış oluram, Biz xalqa və seçkilərə #BizSizinləyik şüarı ilə gedirik, buna inanırıq. Camaatımızı da inandırmaq üçün çalışırıq.
Qarşıdakı günlərdə böyük əzmlə çalışıb, xalqımızın problemləri ilə yaxından tanış olacağıq.Yol və su problemləri əksər kəndlərimizin əsas çətinliklərindən biridir.













