DÇ-2026: İngiltərə – Xorvatiya oyununda 6 qol

DÇ-2026: İngiltərə – Xorvatiya oyununda 6 qol

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatında İngiltərə Xorvatiyanı böyük hesabla məğlub edib.

Tribuna.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər 4:2 hesablı qələbəyə seviniblər.
Yığmanın heyətində Harri Keyn (12, 43-pen) dubl müəllifi olub. Digər iki qolu Cud Bellinqem (47) və Markus Reşford (85) vurublar. Xorvatiya seçməsində isə Martin Baturina (36) və Peter Musa (45+5) adlarını tabloya yazdırıblar.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.