DÇ-2026: Gecənin bütün oyunları “sülh”lə bitdi

DÇ-2026: Gecənin bütün oyunları “sülh”lə bitdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatında Belçika Misirlə qarşılaşıb.

Tribuna.az -ın məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun matçında qalib müəyyənləşməyib – 1:1.

Afrikalıların heyətində Emam Aşur (19), Avropa təmsilçisində isə Romelu Lukaku (66) diqqət mərkəzinə düşüb.

Ötən gecə həmçinin Səudiyyə Ərəbistanı – Uruqvay oyunu keçirilib. Mayami stadionunda baş tutan H qrupunun matçında tərəflər hərəyə 1 qol vurublar.

Görüşdə hesabı asiyalılar açıblar. 41-ci dəqiqədə Abdulelah Alamri fərqlənib. Uruqvaylılara 1 xal qazandıran qolu 80-ci dəqiqədə Maksimiliano Arauxo vurub.

İran isə Yeni Zelandiya ilə qarşılaşıb. Okeaniya dövləti oyunda ilkin qola imza atıb. Belə ki, Yeni Zelandiya yığmasının heyətində Elayja Cast 7-ci dəqiqədə fərqlənib. Oyunun 32-ci dəqiqəsində İran futbolçusu Ramin Rezayan hesabı bərabərləşdirib.

Lakin ikinci hissədə Elayja Cast dubla imza atsa da, Məhəmməd Muhibbi qolun əvəzini 64-cü dəqiqədə çıxıb. Gərgin keçən matçda hesab dəyişməyib – 2:2.