Daha iki tələbə qidadan zəhərləndi

Daha iki tələbə qidadan zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Nizami rayonunda “NZS” adlanan ərazidə iki nəfər qidadan zəhərlənib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu barədə Təcili Tibbi Yardıma çağırış saat 07:59-da daxil olub:
“Ünvana gələn həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir”.