Bu ölkədə mədən ÇÖKDÜ: 227 ölü var

Bu ölkədə mədən ÇÖKDÜ: 227 ölü var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının şərqində mədənin çökməsi nəticəsində azı 227 nəfər həlak olub.

Tribuna.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Şimali Kivu əyalətində, Rubaya şəhəri yaxınlığında baş verib. Ölənlərin sayının arta biləcəyi bildirilir.

Qeyd olunur ki, sözügedən mədəndə dünya üzrə yüksək tələbat olan koltan hasil edilir.

Sənan Məmmədli