Bu müəllimlər cəzalandırıla bilər – Ekspert AÇIQLADI

Bu müəllimlər cəzalandırıla bilər – Ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlərin də vahid formaya cəlb edilməsi məktəblərdə nizam-intizama müsbət təsir göstərəcək. Bu həm də sosial bərabərliyi təmin edəcək.

Bu sözləri Tribuna.az-a təhsil üzrə ekspert Ramin Nurəliyev müəllimlərin vahid formasından danışarkən deyib.
O əlavə edib ki, müəllimlər arasında geyimə görə fərq olmamalıdır:


“Bir müəllimin maddi imkanı yaxşı, digərininki pisdirsə, bu özünü geyimdə də mütləq göstərir. Vahid geyim isə bu fərqi aradan qaldıracaq. Elə müəllimlər var ki, məktəbdə geyim təqdimatı həyata keçirir. Əlbəttə, bunu hər müəllimə aid etməl düzgün olmaz. Ancaq bele hallar da olur.

Ona görə də hesab edirəm ki, müəllimlərim vahid geyim formasında tədris prosesinə cəlb olunması gözəl təşəbbüsdür.

Həmçinin onu da bildirim ki, vahid müəllim forması ilə bağlı qanunvericiliyə uyğun olaraq cəza tədbirləri də nəzərdə tutulub. Hər hansısa müəllim vahid geyimlə bağlı qanunvericiliyə zidd addım atarsa, cəza mexanizmləri işə düşə bilər. Bu cür müəllimlər müəyyən formada cəzalandırılmış olacaq.

Bu da müəllimləri daha çox vahid geyim formasına cəlb olunmasına təsir edəcək”.

Nigar İxtiyarqızı