Keçmişə baxanda, xüsusilə “90-lar nəsli” deyilən dövrdə böyüyən bir çoxumuz fiziki cəza ilə tərbiyə olunan uşaqlar olmuşuq. Cəmiyyətdə bunu normallaşdıran ifadələr də var idi: “Qızını döyməyən dizini döyər” kimi deyimlər valideyn davranışını əsaslandıran bir düşüncə tərzini əks etdirirdi. Bu gün isə gənc ailələr daha ehtiyatlı yanaşır, uşağın psixoloji travma ala biləcəyini düşünərək nəinki fiziki cəzadan, hətta səs qaldırmaqdan belə çəkinirlər. Bu iki fərqli yanaşma arasında suallar yaranır: Uşaq şiddət görürsə, hətta bu bir-iki dəfə baş versə belə, bu, travmaya səbəb ola bilərmi? Əgər travma yaranırsa, onun təsirlərini azaltmaq və uşağı bu vəziyyətdən çıxarmaq mümkündürmü?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, apardığım müşahidələrə əsasən, bəzən elə uğur qazanan, yüksək postlarda əyləşən valideyn olur ki, buna baxmayaraq övladı ilə olan ünsiyyət formalarında humanist və demokrat olmasına, övladının istədiklərini etməsinə rəğmən, uşaq mənim əleyhimə addımlar atmaq istəyir.
A. Ələkbərovanın sözlərinə görə, həmin valideynlər deyir ki, “bizim anamız, atamız yeri gəlsə fiziki şiddət də göstərib, qadağalar da qoyub. O qadağaların içində mən arzularıma da həsrət qaldım. Amma yenə də mən öz, valideynlərimlə razılaşdım. Və istədiyim zirvələrə də nail ola bilmişəm. Bəs mən səhvi harada etmişəm ki, övladım mənim ona olan humanizmim qarşısında mənim əleyhimə çıxır”. Təbii ki, valideyn övladına fiziki zorakılıq etməməlidir. Bəli, o dönəmlərdə valideynlərimiz tərəfindən döyülmüşük də, cəzalar da almışıq. İndi günü-gündən inkişaf edirik. Bu inkişafın içində 7-8-də oxuyan uşaqlar dostları ilə fast-foodlarda otura bilir. Biz bunları görməmişik. Bizim vaxtımızda evlərə qonaq getmək var idi. Evlərdə ad günləri keçirilirdi. Bəzən heç valideynlər buna da icazə vermirdi. Amma bu o demək deyil ki, qadağa, qoyulan uşaqlar inkişaf etmədi. Müəyyən məqamlar var ki, məsələn, insanlar cəzaçəkmə müəssisələrinə göndərilir? Etdikləri hərəkətlərə görə. Onlar cəzalanmasalar, daha da artıq xaoslar yarana bilər. Xırda cəzalar var ki, uşağa tətbiq edərkən, onların tərbiyəsi üçün bunları edirik. Yəni, gözəl tərbiyə vermək istəyirsənsə, övladını dinlə! Amma bu o demək deyil ki, övlad səni tamamilə idarə etməlidir. Və xaotik addımları ilə sabah heç kim olmalıdır. Çünki o uşaq iradlar görməyib. Oğlan uşağı irad görmür və onun sabah əsgərlik xidməti var. Orada hər hansısa bir cəzaya, yan baxışa görə nəzarətə alınır. Psixoloji rəyi verilərkən “nəzarət tələb olunandır”, – deyə, qeyd olunur. Yaxud da qızlarımız olsun. Bu gün hansı səbəbdən boşanmaların sayı artır? Çünki o qızlar “mənə söz demə”, valideyn deyir “heç o, iş görər”, “ona söz demək olar?”. Baxın, artıq şüuraltı kodlaşmalar gedir. Bu kimi danışıqlar səbəbindən gənclərin getdiyi ailələrdə də ərə tabe olmamaq, “qaynana” deyərək artıq mənfi bir obraz görməsi xırda da olsa iradların almamasından qaynaqlanır. Azərbaycan psixologiyasına uyğun deyə bilərəm ki, dinlədiyim insanları korreksiya edərkən qeydlər edirəm. Ailədə valideyn tərəfindən disiplin və cəza olmadığına görə gələcəkdə problemlər yaşanır.
Unutmayaq ki, uşaqlar onsuz da həmişə bir qışqırığı belə böyüdürlər. Hər bir böyük insan belə, gəlib danışar ki, “valideynim məni anladi ki, ərim və ya arvadım anlaya.” Çünki insanın əsasını neqativlər əhatə edir. Və qorxu, hirs, küskünlük bizi idare edir.
Dəniz Pənahova










