TİA.AZ xəbər verir ki, prezident İlham Əliyev Bakı Dövlət Universitetinin BDU-nun 100 illik yubileyi münasibətilə sözügedən təhsil ocağının bir sıra əməkdaşlarını təltif edib. Onların arasında BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da var.
Daima mediaya açıq olan, mehriban ünsiyyəti ilə seçilən, 20 ildir ki, vəzifəsinin öhdəsindən layiqincə gələn Pərvanə xanımı kollektivimiz adından təbrik edirik!









