Baş nazir pambıqçılıqla bağlı müşavirə keçirdi

Baş nazir pambıqçılıqla bağlı müşavirə keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün baş nazir Novruz Məmmədovun yanında pambıqçılıq sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş  müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  verilən məlumata görə, müşavirədə Prezident İlham Əliyev tərəfindən ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə verilən  tapşırıqdan irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müşavirənin yekununda baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyəti qurumların rəhbərlərinə müvafiq  tapşırıqlar verib.