Bakıda iki nəfər bu maşında güllələndi (FOTO)

Bakıda iki nəfər bu maşında güllələndi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.
Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib.
Ona ümumilikdə üç güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
“Niva” markalı avtomobildə daha bir nəfər – sərnişin İlkin Babayev də güllələnib.Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.Fakt araşdırılır.