“Bakı Şəhər İşığı” ilə “İnterkabel”i nə birləşdirir?

“Bakı Şəhər İşığı” ilə “İnterkabel”i nə birləşdirir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi paytaxtı işıqlandırmaq üçün 5 milyon 298 min 259 manatlıq elektrik lampaları və digər mallar alacaq.

Tribuna.az xəbər verir ki, bununla bağlı elan edilmiş tenderin nəticəsi dünən açıqlanıb.

Məlum olub ki, işıqlandırma üçün lazımi mal-materialın satınalınmasına dair tenderin qalibi “İNTERKABEL” Firması olub.

Qeyd edək ki, “İnterkabel” Firması ilk dəfə deyil ki, “Bakı Şəhər İşığı” müəssisəsinin tenderini udur. Demək olar ki, bu iki tərəf ən azı ildə bir dəfə tender keçirərək, anlaşa bilirlər. Necə ki, 2019 və 2020-ci illərdə olduğu kimi. Həmin vaxt tərəflər tender keçirərək, 5 milyon manatdan çox anlaşmaya imza atmışdılar. Həmin proses indiyə qədər davam edir.

Qeyd edək ki, “İnterkabel” firmasının nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Yasin Molanovdur.

“Bakı Şəhər İşığı” isə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. 1952-ci ildən mövcud olan quruma hazırda Eldar Eldarov rəhbərlik edir.

Fərda Uğur