Bakı-Quba yolunda ağır qəza – 4 ölü, 2 yaralı

Bakı-Quba yolunda ağır qəza – 4 ölü, 2 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 TİA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun 75-ci km-də qeydə alınıb.

“Mercedes” markalı maşınla “Lada Kalina” markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. Hələlik ölənlərdən ikisinin kimliyi məlum olub. Onlardan biri, “Lada Kalina”nın sürücüsü 1979-cu il təvəllüdlü, Xaçmaz şəhər sakini İsmayılov Hüseyn Səfərəli oğlu, digəri isə “Mercedes”in sürücüsü Quliyev Səbuhi Çingiz oğludur.

Faktla bağlı araşdırma aparılır.