Cənub bölgəsinə sərnişin qatatlarının nə vaxt bərpa ediləcəyi məlum olub.
Tribuna.az xəbər verir ki, bu barədə Azərbaycan dəmir Yolları QSC-dən bildirilib.
Sözügedən istiqamətlə bağlı sərnişinlərin sosial şəbəkədən ünvanladığı suallara cavab olaraq ADY-dən bildirilib ki, cənub istiqamətində olan mövcud dəmir yolu xətti sərnişindaşıma üçün uyğun deyil:
“Cənub istiqamətində mövcud dəmir yolu xəttində hərəkət sürəti hazırda saatda 20 km təşkil edir. Bu, sərnişindaşıma üçün məqbul hesab edilmir və xətt əsasən yükdaşımalar üçün istifadə olunur.
Sərnişin daşımalarının bərpası yalnız əsaslı yenidənqurma işlərindən sonra mümkün ola bilər.
Yenilik baş verdikdə, ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Gülşən Rəsul










