Jurnalist İradə Nurəddinqızı başına gələn maraqlı hadisə barədə paylaşım edib. Tribuna.az xəbər verir ki, o, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları ilə sözün həqiqi mənasında “siçan-pişik” oyunu vəziyyətinə düşüb.
Belə ki, qurumun əməkdaşları jurnalistin zaşadığı mənzilin qapısına təhlükəsiszlik tələblərinə görə müayinə ilə bağlı bildiriş qoyublar. “Onlar bildiriblər ki, yoxlanış üçün şərait yaradaq. Bildirişdəki əlaqə nömrəsinə zəng vurub deyirəm 09.30-da gəlin həmin saatda evdə olacam. Mənə deyir ki, bizim işimiz 10:00-da başlayır. Mən idarəyə getməliyəm sonra gəlməliyəm. Deyirəm 18:00-dan sonra gəlin, deyir iş saatım qurtarır həmin vaxt. Problem mənim deyil, siz şərait yaradın müayinə üçün, siz işə gedirsiz başqa adam olsun. Anlamır ki, evdə iş saatları vaxtında heç kəs olmur”.
Nurəddinqızı qeyd edib ki, onlara şərait yaratmaqda problem yoxdur. “Sadəcə, indi nə edək biz işə getməyək? Cavab olaraq qarşı tərəf telefonu söndürür”.
Fərda Uğur









