Azərbaycanda abadlaşmaya xərclənən pullar – MƏBLƏĞ, SİYAHI

Azərbaycanda abadlaşmaya xərclənən pullar – MƏBLƏĞ, SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ildə dövlət qurumlarının abadlıq işləri üçün xərclədiyi məbləğ məlum olub.

2019-cu ildə dövlət qurumları tərəfində abadlıq işləri üçün 145 tender keçirilib.

Tenderlərin ümumi məbləği 135 milyon 230 min 972 manatdır. Məbləği 1 milyon manatdan çox olan 13 tender müqaviləsini 7 dövlət qurumu keçirib.

1 milyondan çox olan tenderlər siyahısında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 5, “Mida” MMC-nin 2, Kənd Təsərrüfatı Nazirliyinin 2 tenderi var.

Bundan başqa “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC, Sumqayıt şəhər İcra Hakimiyyəti və Biləsuvar rayon İcra Hakimiyyəti məbləği 1 milyon manatdan çox tender müsabiqələri keçirib.

1 milyon manatdan böyük məbləğli tender müsabiqələrindən “Bakı Abadlıq Xidməti” ММC və Caspian Plus-A MMC hər biri 2 tender qazanıb.

Böyük tenderləri qazanan digər şirkətlər “İnpeks.N” MMC, Azəri Servis LTD, “Temelsu Uluslararası Mühendislik Hizmetleri Anonim Şirketi”nin Azərbaycandakı filialı, “Ximekspress 2000” firması, “ Cənub Təmir Tikinti -1 ” MMC, “Azəri Servis LTD” MMC, “Ramco” QSC, “Arena İngaat” MMC, «Azəri Servis LTD» MMC olub.

2019-cu ildə abadlıq işləri üzrə keçirilən tenderləri FED.az-a istinadən təqdim edirik.