17 ildi aviabilet satışı sahəsində fəaliyyət göstərən “Aviasales” saytı qəribə paylaşım edib.
Tribuna.az xəbər verir ki, sayt özünün Facebook hesabında bilet almayan insanları nəsli kəsilmiş mamontlarla müqayisə edib.
SAYT YAZIB: “Təsəvvür eləyin: Misirdə fironlar dözülməz istidə Giza piramidasını tikdirəndə, dünyanın başqa bir ucunda tüklü mamontlar hələ də buzların içində veyillənirdi. Bizə elə gəlir ki, mamontlar dinozavrlarla dost olub, piramidalar isə nisbətən yaxın keçmişin işidir. Amma yox, Giza piramidası tam hazır olandan sonra belə, mamontlar hələ düz 1000 il də dünyada sağ qalıblar. Yəni nəzəri olaraq, bir mamontun Qahirəyə uçub piramidaların açılışına qatılmaq üçün düz min il vaxtı var idi. Amma getmədilər… Çünki o vaxt böyük ehtimalla aviasales.az tətbiqi yox idi və ucuz bilet tapa bilməyib evdə oturmağı seçdilər. Nəticədə nəsilləri kəsildi”.
Aviasales tətbqinin bu xəbərində daha sonra bildirilir ki, insanlar nəsillərinin kəsilməsini gözləməmlidirlər. “Dünyanın möcüzələrini görmək üçün nəslinizin kəsilməsini gözləməyə ehtiyac yoxdur. Tətbiqə girin, ən uyğun bileti tapın və uçun”.
Fərda Uğur










