“Atabank”ın əmanətçiləri şikayətçidir – Depozitləri qaytarılmır

“Atabank”ın əmanətçiləri şikayətçidir – Depozitləri qaytarılmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atabank” ASC əmanətçilərin hüquqlarını kütləvi şəkildə pozur.

TİA.AZ  xəbər verir ki, bu barədə “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri ƏLiməmməd Nuriyev öz facebook hesabında xəbər verib. Onun sözlərinə görə, adı çəkilən bankın əmanətçiləri tərəfindən “Şəffafflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-yə çoxsaylı şikayətlər daxil olur:

“ Əmanətçilər bu bank tərfindən onların depozitlərinin uzun müddətdir ki qaytarılmamasından şikayətlənirlər. “Atabank”ın rəhbərliynin bu cür davranışı ölkədə islahatların aparıldığı indiki mərhələdə banklara etimada zərər gətirə bilər. Hesab edirik ki, Mərkəzi Bank və digər müvafiq dövlət qurumları tərəfindən indi bu məsələyə müdaxilə edilməli və problemin əmanətçilərin narazılığına gətirib çıxarmasına imkan verilməməlidirlər”.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

TİA.AZ