ALLAHLARIN KOKAİN İYLƏDİYİ YER

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Hindistanın Pəncab ştatında qanunverici məclisə seçkilər keçrildi.  

Bir neçə gün öncə Hindistanın Pəncab ştatında qanunverici məclisə seçkilər keçrildi. 

Səsvermə ölkədə böyük qalmaqala səbəb oldu. Buna səbəb isə siyasi partiyalar və müstəqil namizədlərin seçiciləri narkotik vasitələrlə ələ alması idi.

Publika.az xəbər verir ki, Hindistanın bütün ştatlarında narkomanlar var, lakin Pəncab xüsusi olaraq seçilir. Ştat sakinləri “bxukki” adlandırılan lalənin yarpaqlarını gündəlik həyatda istifadə edirlər. Bu yarpaqları çeynəyəndə onlar özlərini yaxşı hiss edirlər. Bu ənənə uzun müddətdir ki, mövcuddur. Lakin məhsuldarlıq artıqca böyük fermerlər bunu biznesə çevirdilər.

Üç ailədən ikisində narkoman var 

1980-ci illərdə Hindistan hakimiyyəti narkotikaya qarşı mübarizəyə başlayanda ştatda lalə yarpağının yerini əfqan heroini tutdu.

Pəncab Əfqanıstana və Pakistana narkotika daşınmasında əsas tranzitə çevrildi. Ştatda narkobiznes zəiflədiyi vaxt isə yeni alıcılar tapıldı. Onlar kənd gəncləri idi. Ştatda heroindən istifadə epidemiya kimi yayılıb. Ekspertlər əhalinin 75 faizinin narkotikin dadına baxdığını deyirlər. Üç pəncablı ailədən ikisində narkotik aludəçisi var. Gənclər təkcə narkotikdən yox, həblərdən də istifadə edirlər.

Seçki: narkomanların bayramı

Pəncab siyasətçilərinin əksəriyyəti karyeralarının başlanğıcında narkotiklə mübarizə aparacaqlarına söz verir. Lakin sonradan onlar da bu vəziyyətlə barışırlar. Xüsusilə seçki kampaniyalarında siyasətçilər özləri seçicilərə narkotika paylayır. Çünki seçici səsini başqa cür yığmaq mümkün deyil. Ştatda orta aylıq maaş 6 min rupidən 20 min rupiyə qədərdir. Narkotika almaq üçünsə gündəlik 1,4 min rupi xərcləmək lazımdır. Buna görə də seçkilər gələndə Pəncabda əsil bayram başlayır.

“Mal” almaq üçün qanlarını satırlar

Ştatın sosial təminat departamentinin keçmiş katibi Xardjit Sinqx yazır ki, çoxları pul əldə edərək narkotika almaq üçün öz qanlarını satır, yaxud dilənçilik edirlər: “Bütün Pəncab narkotika qasırğası altındadır. Biz gənc nəsli itirmək riski ilə üz-üzəyik”.

Pəncabda seçki kampaniyasında seçicilərin narkotiklə alınması qalmaqalı bütün Hindistana yayılıb. Çünki bu epidemiyanın gələcəkdə digər ştatlara yayılması gözləniləndir.

Kakoin iyləyən Allahlar

Ümumiyətlə, Hindistanda narkotikadan istifadənin qədim ənənələri var. Dini ayinlər zamanı çox vaxt həşiş kimi vasitələrdən istifadə edilib, çünki bu, ruhun gümrahlığına kömək edir. Hətta inanclara görə Şiva Allahı (hindlilərin Allahı) öz gücünü narkotika hesabına möhkəmləndirir və zəhərdən xilas olurdu.

İngilislərin mirası

Lakin XIX əsrin ortalarında Hindistanda narkotikadan istifadə görünməmiş səviyyədə artdı. İngilislərin “Ost-Hind” şirkəti tiryək laləsinin əkinini dəstəkləyir və fermerlərə kömək edirdi.

Şirkət bu lalədən Çinlə ticarətdə istifadə edirdi. Beləliklə, Hindistanda narkotika sənayesi yarandı və əhali arasında ondan istifadə artdı. Sonrakı dövrdə Hindistan əsil narkoturizm mərkəzlərindən birinə çevrildi. Turistlərin çoxu hələ də Hinidistanın hər yerində marixuanadan istifadəyə icazə verildiyini düşünür. Bir çoxları narkotikanın qadağan edildiyi ştatlarda marixuanadan istifadəyə görə barmaqlıqlar arasına düşüb. Lakin bir çox ştatlar narkotikdən istifadəni leqallaşdırıb. Bu gün Hindistan narkotrafikin əsas məkranlarından biridir.

Dərman adı ilə satılan narkotik

Narkobiznesdən məşhur hind əzcaçılıq sənayesi də kənarda qalmır. Əlbəttə, böyük əzcaçılıq korporasiyaları narkotika istehsal etmir, onlar əsasən həblər və maddələr hazırlayırlar və qanuni dərmanların arasında satırlar.

Hindistan dünyada sintetik narkotikin əsas istehsalçısına da çevrilir. “Metamfetamin” adlı narkotik həbləri kokaindən daha ucuz olduğu üçün gənclər arasında sürətlə yayılır. Bu həbləri hər kəs rahat şəkildə internetdən sifariş verə bilir.