Ağac kəsintisi ilə bağlı araşdırma aparılır

Ağac kəsintisi ilə bağlı araşdırma aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayonu, Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsi 4 a ünvanında ağac kəsintisi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “qaynar xətti”nə daxil olan şikayət araşdırılır.

 

Nazirliyin mətbuat katibi İradə İbrahimova TİA.AZ-a bildirib ki, Nazirliyin əməkdaşları hazırda sözügedən ünvana baxış keçirir, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

 

İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək Nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə sayıqlıqlarına görə təşəkkür edib.