ADY ekonomdakı sərnişinləri susuz qoyur – İDDİA

ADY ekonomdakı sərnişinləri susuz qoyur – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir jurnalist-aparıcı “Azərbaycan Dəmir Yolları”na (ADY) məxsus qatarda üzləşdiyi problemləri ictimailəşdirib.

Tribuna.az xəbər verir ki, jurnalist İlkin Abbas bildirib ki, qatarda susuzluqdan yansanız da, sizə su vermirlər:

“İşdir-şayət, əgər bu istidə Azərbaycan Dəmir Yolları (ADY) ilə səfəriniz varsa, üstəgəl səyahətiniz ekonom sinifdə olacaqsa, su tədarükünüzü bol edin.

Əks halda, vay halınıza.

Yoxsa, bu istidə 4 saat su deyib gəzəcəksiniz, mənim kimi.

Deməli, Gəncədən Bakıya qayıdıram. Vaqonlarda səyyar satış xidməti göstərilir, amma biznes və standart+ sinifləri üçün. Ekonomda olanlar yada düşmür.

Su almaq üçün vaqondan vaqona da keçə bilməzsən, bələdçi icazə vermir. Su da yox, kondisioner də işləməsə, ondan yaxşıdır. İndi get çat Bakıya”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul