Roberto Karlos: “Messi DÇ-2030-da da oynaya bilər”

Roberto Karlos: “Messi DÇ-2030-da da oynaya bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Tribuna.az bildirir ki, “Real Madrid” və Braziliya millisinin keçmiş müdafiəçisi Roberto Karlos “İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messinin 2030-cu il Dünya çempionatında iştirak etmək ehtimalını dilə gətirib.

“Messini izləmək əsl zövqdür. Qoy bu andan həzz alsın: bu Dünya çempionatı onun sonuncu anı ola bilər. Amma özünə nə qədər diqqətlə yanaşdığını nəzərə alsaq, Messi başqa bir Dünya çempionatında oynamağa kifayət qədər qadirdir – o, uzun müddət oynamağa davam edə bilər”, – deyə “Goal” qəzeti Karlosdan sitat gətirib.

DÇ-2026-nın qrup mərhələsində Argentina J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə oynayacaq. DÇ-2026 11 iyundan 19 iyula qədər eyni vaxtda üç ölkədə – ABŞ, Meksika və Kanadada keçiriləcək.