Natiq Cəfərli: “Problemin kökü sistemdədir”

Natiq Cəfərli: “Problemin kökü sistemdədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan iqtisadiyyatı bu ilin ilk 5 ayında böyüməyib.

Tribuna.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib

O qeyd edib ki, problemin kökü sistemdədir, hökumətin səhv qoyduğu hədəfdədir:

“Hökumət inanır və düşünür ki, ən böyük problem büdcə gəlirlərinin azalmasıdır.

Halbuki, bu nəticədir – iqtisadi aktivliyin zəifləməsinin nəticəsidir. İqtisadi aktivliyin, iqtisadiyyatın çarxlarının dönməsinin zəifləməsinin səbəbi isə hökumətin səhv təyin etdiyi hədəfə çatmaq üçün vergi-rüsum-cərimələri artırmaqdır.

Vergi-rüsum-cərimə artırsa, biznes investisiya qoymur, vətəndaş daha az xərcləyir – nəticədə iqtisadiyyat daha da zəifləyir, büdcə gəlirləri istənilən şəkildə artmır. Ona görə də ÜDM artımı olur 0%…

Səbəbi səhv təyin edəndə, nəticə heç vaxt dəyişmir”.

Nigar İxtiyarqızı