Kamal İbrahimovun “Qala Sığorta”sı batır

Kamal İbrahimovun “Qala Sığorta”sı batır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qala Sığorta” ASC-nin bu ilin birinci yarısına olan maliyyə vəziyyəti məlum olub. Qeyd olunan dövrdə şirkətin gəlirləri azalıb, xalis mənfəəti iki qat enib, şirkətin kiçilməsi davam edib.
Tribuna.az fed.az-a istinadla bu xəbəri yayıb.

Beləliklə, bu ilin ilk yarısında şirkətin cəmi gəlirləri 37 milyon 828 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 39 min manat və ya 19,3% azalma deməkdir. Xatırladaq ki, 2025-ci ilin birinci yarısında şirkətin gəlirləri 46 milyon 867 min manat idi.
Şirkətin gəlirlərinin 84,2%-ni və ya 31 milyon 834 min manatını əsas əməliyyat gəlirləri tutub.

Tribuna.az məlumat üçün bildirir ki, şirkətin Direktorlar Şurasının sədri Kamal İbrahimovdur. Onun müavini Aydın Rəhmanovdur.

Kamal İbrahimov həm də “Baku Steel Company” direktorudur.

Həsən Ağa