İran Avropaya bağlı neft və qaz kəmərlərini təhdid etməyə başlayıb.
Tribuna.az xəbər verir ki, SEPAH-a yaxın mənbə konkret hədəflərinin adlarını açıqlayıb.
Qeyd edək ki, həmin hədəflər sırasında Azərbaycana məxsus olan iri neft və qaz layihələri də var. Mənbə bildirib ki, yeni siyahı Ukraynanın Xəzər dənizində İrana məxsus gəmini vurmasından sonra yenilənib.
Həmin obyektlərin siyahısı isə aşağıdakılardır:
Avropaya qoşulmuş neft və qaz boru kəmərləri:
— Bakı-Tbilisi-Ceyhan (BTC),
— Bakı-Supsa,
— Səudiyyə Ərəbistanı Şərq-Qərb Boru Kəməri,
— Cənub Qaz Dəhlizi,
— Transxəzər Qaz Boru Kəməri,
— Şərqi Aralıq dənizi Qaz Boru Kəməri , —
Ərəbistan Qaz Boru Kəməri,
— Əl-Əriş-Aşkelon Neft Boru Kəməri,
— Azəri-Çıraq-Günəşli (AÇG), Azərbaycan,
— Şahdəniz, Azərbaycan — Abşeron, Azərbaycan,
— Leviathan, İsrail,
— Zöhr, Misir,
— Kronos (Blok 6), Kipr,
— GGIP Layihəsi, İraq.
Avropa ilə əlaqəli LNG zavodları:
— İdku LNG Zavodu, Misir,
— SEGAS LNG Zavodu (Damietta), Misir,
— Revitousa LNG Terminalı, Yunanıstan,
— Aleksandrupolis LNG Terminalı, Yunanıstan.
Digər:
— Avropa investorları tərəfindən maliyyələşdirilən Omanda yaşıl hidrogen istehsalı layihələri.
Fərda Uğur









