İcazəsiz ov edən şəxs 1066 manat cərimələndi

İcazəsiz ov edən şəxs 1066 manat cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb.

 

Nazirlikdən  TİA.AZ-a verilən məlumata görə, ondan 1 ov tüfəngi, 18 patron  və 12 cürə quşu götürülüb.

 

Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub.

 

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib.