Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video

Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonunda yerləşən 175 nömrəli məktəbin vəziyyəti valideynləri narahat edir.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında sözügedən məktəbdə övladı təhsil alan Leyla Abasova adlı xanım yazıb.

O bildirib ki, məktəb şəhərin mərkəzində yerləşsə də, bərbad vəziyyətdədir:

“Hansı problemdən danışaq, bilmirəm. Mənim oğlum şəhərin mərkəzində yerləşən məktəbdə oxuyur. Sinfin vəziyyəti bu gündədir. Rəhbərlik tələb edir ki, sinfi təmir edək. Söhbət 175 saylı məktəbdən gedir.

Bəs bütün yay tətili ərzində Elm və Təhsil Nazirliyi hansı işə baxıb? Elm və Təhsil Nazirliyi mənə rəsmi cavab versin”.

Şikayətlə bağlı sözügedən məktəblə əlaqə saxlamağa çalışdıq. Lakin tətil olduğu üçün zəngimizə cavab verən olmadı.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul