Gəncədə bu küçəni keçmək üçün “Survivor” iştirakçısı olmaq lazımdır –FOTOLAR

Gəncədə bu küçəni keçmək üçün “Survivor” iştirakçısı olmaq lazımdır –FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, ölkənin ikinci paytaxtı sayılan Gəncə şəhəri III MDB Oyunlarına hazırlaşır.

Tribuna.az xəbər verir ki, şəhər beynəlxalq tədbirə hazırlaşdığı bir vaxtda Gəncədə yollara asfalt yerinə, yamaq vururlar.
“Gencexeber” saytının yaydığı xəbərə görə, Gəncənin Təbirz küçəsindən keçmək üçün ya çox peşəkar sürücü olmaq lazımdır, ya dda “Survivor” yarışlarının iştirakçısı. Belə ki, Təbriz küçəsi yarış öncəsi təmir edilib. Sonradan kanalizasiya və su xətləri yenilənib. Nəticədə, qazılmış yerlərə vurulmuş asfalt ötrük dağılıb. Bəzi yerlərdə isə çöküb.
Məlumatda deyilir ki, Təbriz küçəsində “Milli market”dən “Daş körpü” adlanan hissəyədək olan ərazisində yalnız müvəqqəti yamaq işləri aparılıb. Şəhərin mərkəzindən “Milli market”ə qədər olan hissəyə isə yeni asfalt örtüyü salınıb.
Hazırda “Daş körpü” adlanan hissəsi, yəni “R20” – Gəncə-Daşkəsən yolu istiqamətində olan ərazidə vəziyyət kritik olaraq qalır. Sakinlərin və sürücülərin sözlərinə görə, həmin hissədə yol artıq normal hərəkətin təşkili üçün yararsız hala düşüb.
Belə ki, küçədə yaranan iri çuxurlar səbəbindən avtomobillərin şəhərdə icazə verilən sürət həddi ilə hərəkət etməsi mümkünsüz olub. Sürücülər nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün daim sürəti minimum həddə endirməyə məcbur qalırlar.
Yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır. Çuxurlara dolan yağış suları yolun müxtəlif hissələrində iri gölməçələr yaradır. Bu isə həm sürücülər üçün təhlükə yaradır, həm də avtomobillərin hansı nöqtədə dərin çuxura düşəcəyini əvvəlcədən müəyyən etməyi çətinləşdirir.
Şikayətçilər bildirirlər ki, küçənin bu hissəsində əsaslı təmir işlərinin aparılmasına ciddi ehtiyac var. Onlar aidiyyəti qurumları Təbriz küçəsində yaranmış problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırlar.